• 20 Aprel 2024
logo
“Qəbələ” rusiyalı hücumçu transfer edib

“Qəbələ” rusiyalı hücumçu transfer edib

“Qəbələ” heyətinə yeni futbolçu qatıb.
“qırmızı-qaralar” rusiyalı hücumçu Bilal İsmayılovu transfer edib.
18 yaşlı forvard Sankt-Peterburq futbol məktəbinin yetirməsidir. Şəhər çempionatında müxtəlif komandalarda oynayan Bilal ötən il “Zvezda”nın şərəfini qoruyub. Bu komandada 12 matça çıxan forvard 1 qola imza atıb.
Qeyd edək ki, hücumçu şəhərdaxili yarışlarda ümumilikdə 69 oyunda 12 dəfə fərqlənib.