• 18 May 2022
logo
AFFA Rusiya MOİK-inin yetirməsini milliləşdirib

AFFA Rusiya MOİK-inin yetirməsini milliləşdirib

AFFA-nın kütləvi milliləşmə siyasəti davam edir.
Başqa ölkələrin vətəndaşı olan futbolçuları yığmamıza cəlb etməklə ad çıxaran assosiasiya Rusiyadan daha bir oyunçu tapıb.
Bu, Nikita Omaroviç Tağızadədir. Dünən 18 yaşını qeyd edən rusiyalı vətənində “Stroqino” klubunda çıxış edir.
O, Gənclər Futbol Liqası-1-də mübarizə aparan Moskva təmsilçisinin əsas heyət üzvlərindən sayılır. Mərkəz yarımmüdafiəçisi mövsüm ərzində 20 matç keçirib.
Nikitanın aktivində 1 qol və 2 məhsuldar ötürmə var. Rusiya vətəndaşı olan yarımmüdafiəçi 4 sarı və 1 qırmızı vərəqə alıb.
Nikita ötən ilin avqustunda “Stroqino”ya keçib. Azərbaycan futboluna və AFFA-ya heç bir aidiyyatı olmayan futbolçu Moskva MOİK-inin yetirməsidir. O, 2015-ci ilədək “hərbçilər”in üzvü olub.
Tağızadə 7 il öncə Rusiya paytaxtının digər klubu “Dinamo”ya keçib. Burada duruş gətirə bilməyən yarımmüdafiəçi 2016-cı ildə “Torpedo”ya üz tutub və 4 il bu komandanın formasını geyinib.
Qeyd edək ki, Nikita U-19-un Antalya toplanışına çağırılıb.