• 29 Mart 2024
logo
Şevçenko Polşa millisini çalışdıracaq

Şevçenko Polşa millisini çalışdıracaq

“Cenoa”dan istefaya göndərilən Andrey Şevçenkonun yeni komandası müəyyənləşmək üzrədir.
Ukraynalı mütəxəssis Polşa millisinə rəhbərlik etməyə razılıq verib.
46 yaşlı çalışdırıcı Polşa Futbol Assosiasiyası ilə müqavilənin bütün şərtlərini artıq razılaşdırıb. Anlaşmaya əsasən, Şevanın illik maaşı 2,5 milyon avro olacaq. Vəsaitin bir hissəsini assosiasiya, qalan hissəsini isə sponsorlar ödəyəcək.
Şevçenko noyabrdan yanvarın ortalarına kimi çalışdırdığı “Cenoa” ilə müqaviləyə xitam verilməsi ilə bağlı bəzi nüansları aradan qaldırdıqdan sonra Polşa millisinin sükanı arxasına keçəcək. O, daha əvvəl Avropa çempionatının 1/4 final mərhələsinə qədər daşıdığı Ukrayna yığmasını çalışdırıb.
Qeyd edək ki, Polşa millisi DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Rusiya ilə qarşılaşacaq.. Komandalar arasında görüş martın 24-də Moskvada baş tutacaq.