• 6 İyul 2025
logo
Novak Cokoviç Avstraliyada saxlanılıb

Novak Cokoviç Avstraliyada saxlanılıb

Serbiyalı tennisçi Novak Cokoviç Avstraliyanın Melburn şəhərində saxlanılıb.
Bu barədə dünyanın bir nömrəli tennisçisinin atası məlumat yayıb.
O bildirib ki, Avstraliya Federal Məhkəməsi 35 yaşlı idmançının vizasının ləğv edilməsi və ölkədən deportasiya olunması qərarını qüvvədən salsa da, Cokoviç yerli hökumət tərəfindən saxlanılıb. Vəkillər onun ölkədən deportasiya edilməsinə çalışır.
Qeyd edək ki, Novak Cokoviçin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması problemlərə yol açıb.