• 13 İyul 2025
logo
Şevçenko Polşa millisini çalışdıra bilər

Şevçenko Polşa millisini çalışdıra bilər

“Genoa”nın baş məşqçisi Andrey Şevçenko yenidən milli komandada çalışa bilər.
Ukrayna yığmasının sabiq çalışdırıcısı bu dəfə Polşa seçməsinin baş məşqçi postuna namizəddir.
Polşa Futbol İttifaqının prezidenti Çezari Kuleşa ukraynalı mütəxəssislə danışıq aparmaq niyyətindədir. O, 45 yaşlı məşqçinin yaxın müddətdə genuyalılarla müqaviləsinə xitam verilməsi ilə bağlı danışıqlara başlamağa hazırdır. Polşa yığmasına rəhbərlik etməyə digər namizəd isə italiyalı Roberto Donadonidir.
Andrey Şevçenko ötən ilin noyabrından “Cenoa”nı çalışdırır. Onun komandası İtaliya A seriyasında turnir cədvəlinin 18-ci pilləsində qərarlaşır.
Qeyd edək ki, Paulo Sousa ötən ay Polşa yığmasından istefa verərək, “Flamenqo”nun sükanı arxasına keçib.