• 22 Yanvar 2022
logo
“Fənərbaxça” Ferdi Kadıoğlu ilə müqaviləni 5 illik uzadacaq

“Fənərbaxça” Ferdi Kadıoğlu ilə müqaviləni 5 illik uzadacaq

“Fənərbaxça”nın futbolçusu Ferdi Kadıoğlu seçimini edib.
Gənc yarımmüdafiəçi klubunun yeni müqavilə təklifini qəbul edib.
23 yaşlı hücumameyilli oyunçu “sarı-lacivərdlilər”lə mövsümün sonuna qədər olan sözləşməsini daha 5 illik uzadacaq. Ferdinin maaşı da ikiqat artırılacaq. O, gələn mövsümdən ilinə 1 illik məvacib qazanacaq.
Kadıoğlu eyni zamanda milli komanda seçimini də edib. Niderland və Kanadadan gələn təklifə baxmayaraq, futbolçu Türkiyə yığmasında oynamağı üstün tutub. Bu isə o deməkdir ki, Ferdi növbəti mövsümdən “Fənərbaxça”da yerli statusda çıxış edəcək.
Qeyd edək ki, gənc oyunçu bu mövsüm 22 oyunda 2 qol vurub.