Avrokubokların qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb.
Azərbaycanın yalnız bir klubu ən yaxşı 100 komanda sırasında yer alıb.
Konfrans Liqasında mübarizəni davam etdirən “Qarabağ” qitədə 62-ci yerə şərikdir. 25,000 xala malik təmsilçimiz 2 pillə geriləyib.
Qurban Qurbanovun yetirmələrinin şəriklərinin sayı da artıb. Əvvəl yalnız “Başakşəhər” eyni göstəriciyə malik idisə, “Monako” da onlara çatıb.
Qeyd edək ki, siyahıya 133,000 xalla “Bavariya” başçılıq edir.