• 27 May 2022
logo
Xavyer Maskerano yığmanın baş məşqçisi olub

Xavyer Maskerano yığmanın baş məşqçisi olub

Argentina millisinin sabiq futbolçusu Xavyer Maskerano məşqçiliyə başlayıb.
“Barselona” və “Liverpul”un keçmiş yarımmüdafiəçisi ölkəsində fəaliyyət göstərəcək.
37 yaşlı mütəxəssis Argentinanın 20 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi təyin olunub. Fernando Batista Venesuela yığmasının baş məşqçisi postuna gətirilən Xose Pekermanın məşqçilər korpusuna daxil olduğundan, U-20 millisi Maskeranoya tapşırılıb.
Qeyd edək ki, Vavyer Maskerano ötən ilin noyabrında “Estudiantes”in heyətində karyerasını başa vurub.