• 27 Aprel 2024
logo
Xavi Ernandeslə Unay Emeri dalaşıb

Xavi Ernandeslə Unay Emeri dalaşıb

“Barselona”nın baş məşqçisi Xavi Ernandeslə “Vilyarreal”lı həmkarı Unay Emeri dalaşıb.
Hadisə La Liqanın XIII turunda komandalar arasında keçirilən matçdan sonra baş verib.
Kataloniyalıların səfərdə 3:1 hesabı ilə qalib gəldiyi görüşün ardından ev sahiblərinin çalışdırıcısı hakim idarəçiliyindən kəskin narazılıq edib, bir neçə penaltilərinin verilməməsindən şikayətlənib. Hətta Emeri tribunaların altındakı otaqda əsəbi halda Xavi ilə də mübahisəyə girişib. Gənc mütəxəssisin buna eyni şəkildə reaksiya verməsi vəziyyəti cütlük arasında dava-dalaş həddinə gətirib. Məşqçilərin əlbəyaxa olmasına araya girən polis mane olub.
Ara sakitləşdikdən sonra Emeri həmkarına tərəf yaxınlaşıb və barışıq elan olunub.