• 27 May 2022
logo
Azərbaycan – Rusiya oyunu qadın hakimlərə tapşırılıb

Azərbaycan – Rusiya oyunu qadın hakimlərə tapşırılıb

Qadınlar arasında DÇ-2023-ün seçmə mərhələsinin Azərbaycan – Rusiya matçının hakimləri açıqlanıb.
Noyabrın 25-də keçiriləcək qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
“Dalğa Arena”dakı matçın baş hakimi İonela Alina Peşu olacaq. Ona Petruta Klaudia İuqulesku və Mihaela Elena Tepusa kömək edəcək. Dördüncü hakim funksiyası Kristina Mariana Trandafirə tapşırılıb.