• 29 Mart 2024
logo
Qadın güləşçilərimizin rəqibləri müəyyənləşdi - “Minsk 2019”da bu gün nələr olacaq?

Qadın güləşçilərimizin rəqibləri müəyyənləşdi - “Minsk 2019”da bu gün nələr olacaq?

Bu gün “Minsk 2019” II Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Trend-in məlumatına görə, Mariya Stadnik çıxışına 1/4 finaldan başlayacaq. Həmçinin, səbrəst güləşçilər - Hacı Əliyev və Nurməhəmməd Hacıyev final görüşlərinə çıxacaqlar. 65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev Bakı vaxtı ilə saat 19:50 radələrində Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə qarşılaşacaq. 97 kq çəki dərəcəsində isə Nurməhəmməd Hacıyev Rusiya təmsilçisi Abdulraşid Sadullayevlə güləşəcək. Bu mübarizənin isə saat 20:40 radələrində olacağı bildirilir.
Bu gün Azərbaycan idmançıları stend atıcılığı, badminton, idman gimnastikası, eləcə də avarçəkmə yarışlarında da iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan İkinci Avropa Oyunlarında 1 qızıl, 4 gümüş və 9 bürünc medalla 17-ci sırada yer alır.