• 29 Mart 2024
logo
Bakıda keçiriləcək “Böyük Dəbilqə”yə tamaşaçı buraxılmayacaq

Bakıda keçiriləcək “Böyük Dəbilqə”yə tamaşaçı buraxılmayacaq

Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turniri tamaşaçısız baş tutacaq.
Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib.
O bildirib ki, koronavirus pandemiyası səbəbindən birillik fasilədən sonra ilk dəfə paytaxtımızda təşkil olunacaq beynəlxalq cüdo tədbirində zala tamaşaçı buraxılmayacaq. Babanlı jurnalistlərin yarışı işıqlandırması üçün şərait yaradılacağını da əlavə edib. Ancaq media nümayəndələri yalnız onlara icazə veriləcək sahədən öz işlərini görə biləcəklər: “Jurnalistlər yarış meydançasına düşə bilməyəcəklər. Onlar kənardan gəldikləri üçün idmançılarla yolları kəsişməməlidir”.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri noyabrın 5-7-si aralığında keçiriləcək.