• 26 Aprel 2024
logo
Kuman istefa verib, ilk namizədlə danışığa başlanılıb

Kuman istefa verib, ilk namizədlə danışığa başlanılıb

“Barselona”nın baş məşqçisi Ronald Kuman istefa verib.
Bu, İspaniya La Liqasının XI turunda “Rayo Valyekano” ilə oyundan sonra baş verib.
Səfərdə 0:1 hesablı məğlubiyyətin ardından niderlandlı mütəxəssis postundan ayrılıb. Bu vəzifəyə ən real namizəd isə “Əl-Sədd” klubunun çalışdırıcısı Xavi Ernandesdir. Kataloniyalılar sabiq kapitanı ilə danışıqlara başlayıb. Hər şey “Əl-Sədd” rəhbərliyinin qərarından asılıdır.
Qeyd edək ki, “Barselona” hazırda La Liqada 15 xalla 9-cu pillədə qərarlaşır.