• 26 Aprel 2024
logo
“Real” “El Klasiko”da 2 futbolçusunu itirib

“Real” “El Klasiko”da 2 futbolçusunu itirib

İspaniya La Liqasının X turunda “Barselona” üzərində səfər qələbəsi qazanan “Real” (2:1) ciddi itki yaşayıb.
“Nou Kamp”dakı “El Klasiko”da “kral klubu”nun iki futbolçusu zədələnib.
Bunlar qapıçı Tibo Kurtua və yarımmüdafiəçi Federiko Valverdedir. İkinci hissədə oyuna qoşulan Valverde cəmi 20 dəqiqə meydanda qala bilib. 23 yaşlı orta sahə oyunçusu dizindəki zədə səbəbindən əvəzlənib. Kurtua isə bir epizodda topa zərbə vurarkən sağ ayağında ağrı yaranıb. Hər iki oyunçunun durumuna əlavə müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, La Liqada 20 xalla ikinci pillədə qərarlaşan “Real” növbəti oyununu oktyabrın 27-də “Osasuna”ya qarşı keçirəcək.