• 19 Aprel 2024
logo
“Qarabağ” – “Kayrat” matçının hakimləri açıqlanıb

“Qarabağ” – “Kayrat” matçının hakimləri açıqlanıb

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat”la keçirəcəyi oyunun hakimləri müəyyənləşib.
UEFA matçı Ukraynadan olan hakimlər briqadasına həvalə edib.
Oktyabrın 21-də baş tutacaq görüşdə Yevgeni Aranovski ədalət təmsilçisi olacaq. Ona Semyon Şlonçak və Andrey Skripka kömək edəcək. 4-cü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ” – “Kayrat” görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.