• 19 Mart 2024
logo
Premyer Liqada turun ilk gününün hakimləri məlum olub

Premyer Liqada turun ilk gününün hakimləri məlum olub

Azərbaycan Premyer Liqasının VII turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalara təyinatlar açıqlanıb.
“Səbail” – “Keşlə” matçında əsas referi Rauf Cabbarov olacaq.
Günün digər - “Qəbələ” – “Zirə” qarşılaşmasını isə Əliyar Ağayev idarə edəcək.

16 oktyabr (şənbə)

“Səbail” – “Keşlə”
ASCO Arena. Saat 15:00
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli

“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu. Saat 17:00
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmrəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov