• 30 Noyabr 2021
logo
UEFA ofsayd qaydalarında dəyişiklik olacağını açıqlayıb

UEFA ofsayd qaydalarında dəyişiklik olacağını açıqlayıb

Millətlər Liqasının finalında Fransa yığmasının hücumçusu Kilian Mbappenin İspaniyanın qapısından keçirdiyi mübahisəli qola UEFA münasibət bildirib.
Qurumun Hakimlər Komitəsinin sədri Roberto Rosetti dünya futbol ictimaiyyətindən fərqli, həmin qələbə topunun ofsayddan vurulmadığını düşünür.
İtaliyalı sabiq referi əlavə edib ki, epizodun mübahisələrə səbəb olması onları ofsayd qaydalarına yenidən baxmağı vadar edib: “Baş hakim Entoni Teylor mövcud qaydaya əsasən doğru qərar verdi. Müdafiəçi ötürmədən sonra topa qəsdən müdaxilə etdi. Ancaq bu epizod bizə göstərdi ki, ofsayd qaydalarının təkmilləşdirilməsinə ehtiyac var. FİFA və İFAB-dan olan həmkarlarımla artıq əlaqə saxlamışam və növbəti iclasda mümkün həll yolları müzakirə olunacaq”.
Qeyd edək ki, finalda İspaniya üzərində 2:1 hesablı qələbə qazanan Fransa yığması Millətlər Liqasının qalibi olub.