• 16 Aprel 2024
logo
İtaliya UEFA Millətlər Liqasının bürünc mükafatçısı olub

İtaliya UEFA Millətlər Liqasının bürünc mükafatçısı olub

Bu gün UEFA Millətlər Liqasının “Dördlər finalı”nın bürünc mükafatçısı müəyyənləşib.
İtaliya millisi matçın 46-cı dəqiqəsində hesabı açıb, Nikolo Barella fərqlənib.
Oyunun 65-ci dəqiqəsində baş hakim Belçika seçməsinin qapısına penalti zərbəsi təyin edib və Domeniko Berardi ikinci topu qapıdan keçirib. Qarşılaşmanın başa çatmasına üç dəqiqə (87-ci dəqiqə) qalmış Belçika yığmasında oyuna yenicə daxil olmuş Kevin de Brüynenin ötürməsindən sonra Şarl de Ketelare hesab arasındakı fərqi azaldıb.
Beləliklə, İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşmada italyanlar 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnirin həlledici görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Həmin görüşdə İspaniya və Fransa yığmaları üz-üzə gələcək.