• 19 Mart 2024
logo
Bədii gimnastlarımız Belçikadan qızıl medallarla qayıdıb

Bədii gimnastlarımız Belçikadan qızıl medallarla qayıdıb

31 oktyabr – 3 noyabr tarixlərində Belçikanın Gent şəhərində bədii gimnastika üzrə ənənəvi “Happy Cup” adlı beynəlxalq turnir keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, bu turnirdə ölkəmizi Fatimə Əkbərova, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Mədinə Dəmirova, Kamilla Əliyeva, Alina Gözəlova və Məryəm Əliyeva təmsil edib.
Gimnastlarımız arasında ən yaxşı nəticəni 2009-cü il təvəllüdlü gimnastların yarışında çıxış edən Gövhər göstərib. O, həm çöxnövçülükdə, həm də iplə kompozisiyasına görə qızıl medal qazanıb. Bu yaş qrupunda yarışan Məryəm Əliyeva isə çoxnövçülükdə 6-cı yeri tutub.
Növbəti qızıl medalların sahibi Kamilla Seyidzadə olub. O, 2007-ci il təvəllüdlü gimnastlar arasında fərqlənərək, həm çoxnövçülük, həm də topla fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Bu yaş qrupunda çıxış edən digər gimnast Mədinə çoxnövçülükdə 12-ci olub.
Gənclər yaş qrupunda çoxnövçülükdə mübarizə aparan Alina 6-cı, Kamilla Əliyeva isə 8-ci yerdə qərarlaşıb.
Böyüklər arasında yarışan Fatimə Əkbərova çöxnövçülük yarışlarında 6-cı olub.