• 19 Aprel 2024
logo
“Omoniya” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib

“Omoniya” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib

“Qarabağ”ın Konfrans Liqasının II turunda “Omoniya” ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb.
UEFA Nikosiyadakı qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadasına həvalə edib.
Matçda ədaləti Bobbi Madden qoruyacaq. Ona David Rum və Alan Mulvanni köməklik göstərəcək. Kreyq Napier isə 4-cü hakim funksiyasını icra edəcək.
Qeyd edək ki, sentyabrın 30-da GSP stadionunda keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.