• 29 Mart 2024
logo
"Qarabağ" oyuna hərbi geyimdə çıxdı

"Qarabağ" oyuna hərbi geyimdə çıxdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunun "Keşlə"-"Qarabağ" oyununda Vətən müharibəsinin ildönümü yad edilib.
Qonaq komanda meydana hərbi geyimdə çıxıb. Həmçinin futbolçular üzərində "Qəhrəmanları olan vətənin bayrağı enməz" şüarı yazılmış pankart açıblar.
Daha sonra dövlət himni səsləndirilib. Start fitindən öncə isə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.