• 19 Aprel 2024
logo
Keysuke Honda “Neftçi”də getməsinin səbəbini açıqlayıb

Keysuke Honda “Neftçi”də getməsinin səbəbini açıqlayıb

“Neftçi” ilə müqaviləm bitəndən sonra klub rəhbərliyindən yeni saziş təklifi aldım”.
Bunu “Neftçi”nin sabiq futbolçusu Keysuke Honda Litva mətbuatına müsahibəsində deyib.
Bu ilin martında keçdiyi “Neftçi” ilə 3 ay ərzində Azərbaycan çempionluğunu qazanan yaponiyalı ulduz futbolçu bu günlərdə “Suduva” ilə anlaşıb. Honda “Neftçi”də qalmamasının səbəbini bu cür izah edib: “Həmin vaxt təklif aldığım tək klub “Neftçi” deyildi. Sadəcə, mən daim yeniliklər axtarışında oluram. Çempionlar Liqasında oynayacaqlarını bilirdim, amma mən beləyəm”.
Qeyd edək ki, Keysuke Honda Premyer Liqada keçirdiyi 7 oyunda 2 qol vurub.