• 19 Mart 2024
logo
Məsut Özil ABŞ klubuna keçə bilər

Məsut Özil ABŞ klubuna keçə bilər

“Fənərbaxça”nın yarımmüdafiəçisi Məsut Özilin Türkiyə karyerası qısa çəkə bilər.
İstanbul təmsilçisinə ilin əvvəlində keçən Almaniya millisinin sabiq üzvünün ABŞ-a köçmək variantı yaranıb.
Çünki MLS-də iştirak edən klublar onun xidmətində maraqlıdır. Konkret olaraq “Nyu York Red Bull” və “İnter Mayami” 33 yaşlı pleymeykeri heyətinə cəlb etməyə çalışır.
Qeyd edək ki, Özilin “Fənərbaxça” ilə 3 illik müqaviləsi var.