• 29 Mart 2024
logo
Azərbaycan klubu almaniyalı futbolçunu transfer edib

Azərbaycan klubu almaniyalı futbolçunu transfer edib

Birinci divizion klubu “Qaradağ Lökbatan” Almaniyadan futbolçu transfer edib.
Bakı klubu Fabian Zittlaunu heyətinə qatıb.
31 yaşlı sol cinah müdafiəçisi 2021/22 mövsümü üçün sifariş ərizəsinə də salınıb. Paytaxt təmsilçisində 7 nömrəli formanı geyinəcək Zittlau artıq bu gün I divizionun II turunda “Kəpəz”ə qarşı ev oyununda debüt edə bilər.
“Hanza”nın yetirməsi olan almaniyalı karyerası boyu əsasən ölkəsində həvəskar səviyyəli komandalarda iştirak edib. Yalnız 2016-2019-cu illərdə Sloveniyada “İnterblok” klubunun heyətində legioner həyatı yaşayan Fabian son olaraq Almaniyanın VI liqa komandası “Borussiya Lindental-Hohenlind”in şərəfini qoruyub.
Həvəskar komandadan ötən ilin yanvarında ayrılan Zittlau “Qaradağ Lökbatan”a keçənə qədər 21 ay klubsuz qalıb.