• 2 May 2024
logo
Lionel Messi PSJ-nin “Mets”lə oyununda iştirak etməyəcək

Lionel Messi PSJ-nin “Mets”lə oyununda iştirak etməyəcək

Argentina millisinin futbolçusu Lionel Messi PSJ-nin növbəti oyununu buraxacaq.
Bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.
Cənubi amerikalı Liqa1-in VI turunun “Lion”la qarşılaşmasında (2:1) zədələnib. Bu üzdən də Messi 75-ci dəqiqədə əvəzlənib. Müayinə onun sol dizində problemi üzə çıxarıb. 48 saatdan sonra futbolçu təkrar müayinədən keçməlidir.
Məhz buna görə Lionel VII turun “Mets”lə qarşılaşmasını buraxacaq. Bu görüş sentyabrın 22-də keçiriləcək.