• 24 Aprel 2024
logo
Məşhur ingilis futbolçu vəfat etdi

Məşhur ingilis futbolçu vəfat etdi

Futbol üzrə İngiltərə milli komandasının oyunçusu Cimmi Qrivz vəfat edib.
Hücumçu ötən gecə 82 yaşında dünyasını dəyişib.
O, 1966-cı ilin dünya çempionu və 1968-ci ildə Avropa çempionatının bürünc mükafatçısıdır.
İngiltərə millisinin tərkibində 57 oyun keçirib, 44 qol vurub.