• 17 Aprel 2024
logo
Messi PSJ-də bu qədər qazanacaq

Messi PSJ-də bu qədər qazanacaq

Argentinalı futbolçu Lionel Messinin Fransanın "Paris Sen-Jermen" klubunda qazanacağı əməkhaqqı açıqlanıb.
Futbolçu Paris klubunda 110 milyon avro gəlir əldə edəcək.
Qeyd olunur ki, argentinalı ulduzun illik maaşı 30 milyon avro təşkil edir. Bununla yanaşı, o, PSJ-də daha iki mövsüm qalarsa, 20 milyon avro məbləğində "loyallıq bonusu" əldə edəcək.
Xatırladaq ki, ötən ay "Barselona"dan ayrılan L.Messi avqustn 10-da PSJ ilə 3 illik müqavilə imzalamışdı.