• 26 Aprel 2024
logo
“Ayaks”ın hücumçusu 4 qolla Marko van Bastenin rekordunu təkrarlayıb

“Ayaks”ın hücumçusu 4 qolla Marko van Bastenin rekordunu təkrarlayıb

Çempionlar Liqasının I turunda “Sportinq”lə qarşılaşan “Ayaks” səfərdə 5:1 hesablı qələbə qazanıb.
Qarşılaşmanın qəhrəmanı pokerə imza atan Sebastian Aller olub.
27 yaşlı hücumçu debüt görüşündə 4 qola imza atmaqla 29 illik rekordu təkrarlayıb. Ona qədər yalnız əfsanəvi niderlandlı Marko van Basten bunu bacarmışdı. Van Basten 1992-ci ildə “Milan”ın heyətində ən nüfuzlu klub turnirində çıxdığı ilk görüşdə “Göteborq”un qapısından 4 top keçirib.
Qeyd edək ki, “Ayaks” qrupda növbəti oyununu sentyabrın 28-də evdə “Beşiktaş”a qarşı keçirəcək.