• 26 Aprel 2024
logo
Azərbaycan çempionatının açılış oyununda topa ilk zərbəni qazilər vurub

Azərbaycan çempionatının açılış oyununda topa ilk zərbəni qazilər vurub

Futbol üzrə Azərbaycan I Divizionunda “Kəpəz”lə “Qəbələ-2” arasındakı keçirilən mövsümün açılış oyununda nümunəvi jestlə yadda qalıb.
Matçda topa ilk zərbəni qazilər vurub.
Bunlar Vətən Müharibəsi iştirakçıları – “Kəpəz”in sabiq futbolçusu Talib Bayramov və sadiq azarkeşləri Sərxan Yolçuyevlə Tural Xanəliyev olub. Onlar tamaşaçıların alqışları ilə meydanın mərkəzində topa ilk toxunuşu ediblər.
Qeyd edək ki, hazırda ikinci hissəsi gedən görüşdə hesab açılmayıb.