• 25 Aprel 2024
logo
Stefan Kuntz Türkiyə Futbol Federasiyası ilə ilkin razılığa gəlib

Stefan Kuntz Türkiyə Futbol Federasiyası ilə ilkin razılığa gəlib

Türkiyə millisinin yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ı almaniyalı Stefan Kuntz çalışdıracaq.

Türkiyə millisinə cavabdeh təyin olunan Hamit Altıntopun məsləhəti ilə İstanbula gələn 58 yaşlı mütəxəssis Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemirlə görüşüb. Görüş zamanı tərəflər arasında ilkin razılıq əldə olunub. Yekun qərarı TFF-nin İdarə Heyəti verəcək.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesablı məğlubiyyətdən sonra Şenol Günəşlə yollarını ayırıb. Federasiya ilk olaraq Okan Burukla anlaşmışdı.