• 20 Aprel 2024
logo
"Qarabağ" "Neftçi"ni məğlub etdi

"Qarabağ" "Neftçi"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
Günün və turun son oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş paytaxt təmsilçisi ilə SSRİ çempionatında bürünc medal qazanmış Yaşar Babayevin vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.
"Qarabağ"ın yeni transferi İbrahima Vadji 21-ci dəqiqədə İsmayıl Züfüqarlının səhvindən sonra hesabı açıb. Seneqallı hücumçu 45-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.
İkinci hissəyə meydan sahibəri daha fəail başlayıb. "Neftçi"nin kapitanı Emin Mahmudov 47-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib. "Ağ-qaralar" bir neçə dəfə təhlükəli qol epizodu yaratsa da, istəyinə çata bilməyib.
Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran "Qarabağ" "Qəbələ" ilə birlikdə ilk iki pilləni bölüşdürür. "Neftçi" isə 4 xalla 5-cidir.
Qeyd edək ki, günün digər matçında "Səbail" evdə "Sumqayıt"ı məğlub edib. Turun digər görüşlərində "Zirə" səfərdə "Keşlə"ni, "Qəbələ" isə "Sabah"ı 2:0 hesabı ilə üstələyib.