• 8 Dekabr 2021
logo
İdmançımız erməni rəqibini nokauta saldı

İdmançımız erməni rəqibini nokauta saldı

I MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib.
Report xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə Ermənistandan olan Alen İsraelyanla qarşılaşıb.
İlk dəqiqələrdən rəqibinə güclü zərbələr endirən Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 36 saniyə lazım olub.
Rəqibi nokauta salan azərbaycanlı idmançı vaxtından əvvəl təmiz qələbə qazanıb.