• 1 İyul 2025
logo
Prezident İlham Əliyev Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalları qazanan idmançılarımızı təbrik edib

Prezident İlham Əliyev Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalları qazanan idmançılarımızı təbrik edib

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib.
Dövlət başçısı bununla bağlı “Tvitter” hesabında paylaşım edib.
“Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”,-deyə Prezident İlham Əliyev qeyd edib.