• 8 Dekabr 2021
logo
İtaliya yığması dünya rekordunu təkrarlayıb

İtaliya yığması dünya rekordunu təkrarlayıb

İtaliya milli komandası dünya rekordunu təkrarlayıb.
Roberto Mançininin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 35-ə çatdırıb.
Apenninlilər buna DÇ-2022-nin seçmə mərhələsinin IV turunda nail olub. Bolqarıstanla 1:1 hesablı heç-heçə İtaliyanın uğurlu seriyasını 35-ə çatdırıb.
“Skuadra Adzurra” sonuncu dəfə 2018-ci il sentyabrın 10-da uduzub. Həmin vaxt Portuqaliya ilə Millətlər Liqasının oyununun taleyini 1 qol həll edib.
İtaliya bununla da İspaniya və Braziliyanın dünya rekordunu təkrarlamağa müvəffəq olub. Cənubi amerikalılar 1993-96, avropalılar 2007-09-cu illərdə ardıcıl 35 matçda uduzmayıb.