• 28 Noyabr 2021
logo
Kriştiano Ronaldo yığmadakı oyun sayında Avropa rekordunu təkrarlayıb

Kriştiano Ronaldo yığmadakı oyun sayında Avropa rekordunu təkrarlayıb

Kriştiano Ronaldo daha bir rekorda nail olub.
Portuqaliya millisinin futbolçusu yığmadakı oyun sayında Avropa rekordunu təkrarlayıb.
İrlandiya ilə DÇ-2022-nin seçmə oyunu (2:1) Ronaldonun millidə 180-ci matçı olub. O, bu göstəricidə İspaniya yığmasının müdafiəçisi Serxio Ramosa çatıb.
Qətərlə sentyabrın 4-dəki yoxlama oyununda Kriştiano qitə rekordunu yeniləyəcək. Dünya rekordu isə malayziyalı So Çin Auna məxsusdur – 195 matç.
Qeyd edək ki, İrlandiyaya 2 qol vuran Ronaldo millidəki top sayında dünya rekordunu yeniləyib – 111.