• 21 Yanvar 2022
logo
Ceyms Şarp “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib

Ceyms Şarp “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp (James Sharp) “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib.
Səfir bununla bağlı “Twitter” hesabında paylaşım edib.
“Azərbaycan Paralimpiya komandasından olan dostlarımızın 9 qızıl medal və 4 bürünc medal əldə etməsi sevindiricidir. Təbriklər”, - deyə səfir paylaşımda qeyd edib.