• 27 Yanvar 2022
logo
Tokio-2020: Daha bir Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb və dünya rekordu vurub

Tokio-2020: Daha bir Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb və dünya rekordu vurub

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir qızıl medal qazanıb.
Millimizin heyətində Elvin Astanov çempionluq sevinci yaşayıb.
O, nüvə itələmə yarışında 8,77 m nəticə ilə birinci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astanov bu göstərici ilə yeni dünya rekordu da müəyyənləşdirib.
Bununla da Azərbaycan millisinin heyətində medalların sayı 10-a çatıb. Komandamızın aktivində 8 qızıl, 2 bürünc mükafat var.