• 25 Yanvar 2022
logo
Məhəmməd Salah “Liverpul”u xilas edib

Məhəmməd Salah “Liverpul”u xilas edib

İngiltərə Premyer Liqasında III turun mərkəzi oyunu başa çatıb.
“Liverpul” öz meydanında “Çelsi”ni qəbul edib.
Qarşılaşma qollu sülhlə nəticələnib. Qonaqlar 22-ci dəqiqədə hesabı açıb. Kay Haverts fərqlənib. Mersisaydlılar 45+5-ci dəqiqədə tarazlıq yaradıb. Ris Ceymsin qırmızı vərəqə aldığı epizodda təyin olunan penaltini Məhəmməd Salah yerinə yetirib.
Qeyd edək ki, günün digər maraqlı görüşündə “Mançester Siti” “Arsenal”ı top atəşinə tutub – 5:0.