• 27 Yanvar 2022
logo
Tokio-2020: Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb və dünya rekordu vurub

Tokio-2020: Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb və dünya rekordu vurub

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir qızıl medal qazanıb.
Bu uğura yığmamızın atleti Həmid Heydərli imza atıb.
O, nizəatma yarışında 51,42 m göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Heydərli bu nəticə həm Paralimpiadanın qızıl medalını qazanıb, həm də dünya rekordunu ələ keçirib.
Bununla da Azərbaycan yığmasının medal sayı 9-a çatıb. Komandamızın aktivində 7 qızıl, 2 bürünc medal var.