• 21 Yanvar 2022
logo
Konfrans Liqası: “Neftçi” “Makkabi” ilə qarşılaşacaq

Konfrans Liqası: “Neftçi” “Makkabi” ilə qarşılaşacaq

Azərbaycan çempionu “Neftçi” bu gün növbəti sınağına çıxacaq.
Bakı klubu Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu keçirəcək.
Samir Abasovun yetirmələri İsraildə Hayfa “Makkabi”si ilə görüşəcək. Bakıda məhsuldar heç-heçəyə imza atan “ağ-qaraıar” çətin səfər matçında qrupa vəsiqə qazanmağa çalışacaq. 9 il əvvəl Avropa Liqasında qrupa düşən bakılılar tarixində ikinci dəfə uğura nail olmağa köklənib.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunu
26 avqust
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Aleksandar Stavrev (Şimali Makedoniya)
Hayfa. “Sammi Ofer” stadionu
İlk oyun – 3:3