• 25 Yanvar 2022
logo
Azərbaycan UEFA reytinqində Sloveniyaya çatıb

Azərbaycan UEFA reytinqində Sloveniyaya çatıb

Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmalar cədvəldə bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycan hesabına daha 0,375 xal yazıb. Bunun 0,250-si “Aberdin”i məğlub edən “Qarabağ”ın, 0,125-i “Makkabi” (Hayfa) ilə heç-heçə edən “Neftçi”nin payına düşür.
Bununla da ölkəmizin cari mövsümdəki qazancı 1,875-ə çatıb. “Qarabağ” 1,000, “Neftçi” 0,750, “Sumqayıt” 0,125 xal əldə edib.
Lakin bu qazanc irəliləmək üçün yetərli olmayıb. Azərbaycan siyahıda 30-cu sırada qalıb. Düzdür, Sloveniyaya çatmaq mümkün olub, lakin əlavə göstəricilərdə balkanlılar öndədir. 31-ci olan Slovakiya ilə xal fərqi isə 0,500-ə qədər artıb.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir.
yer Ölkə 17/18 18/19 19/20 20/21 21/22 reytinq komanda
1 İngiltərə 20.071 22.642 18.571 24.357 2.285 87.926 7/ 7
2 İspaniya 19.714 19.571 18.928 19.500 2.857 80.570 7/ 7
3 İtaliya 17.333 12.642 14.928 16.285 2.428 63.616 7/ 7
4 Almaniya 9.857 15.214 18.714 15.214 2.428 61.427 7/ 7
5 Fransa 11.500 10.583 11.666 7.916 1.833 43.498 6/ 6
6 Portuqaliya 9.666 10.900 10.300 9.600 2.833 43.299 6/ 6
7 Hollandiya 2.900 8.600 9.400 9.200 2.900 33.000 5/ 5
8 Şotlandiya 4.000 6.750 9.750 8.500 2.200 31.200 4/ 5
9 Rusiya 12.600 7.583 4.666 4.333 1.500 30.682 3/ 5
10 Avstriya 9.750 6.200 5.800 6.700 1.600 30.050 4/ 5
11 Ukrayna 8.000 5.600 7.200 6.800 1.700 29.300 3/ 5
12 Serbiya 6.375 6.000 6.000 5.500 2.500 26.375 2/ 4
13 Belçika 2.600 7.800 7.600 6.000 1.800 25.800 5/ 5
14 İsveçrə 6.500 3.900 6.400 5.125 2.500 24.425 2/ 4
15 Xorvatiya 5.125 5.750 4.375 5.900 3.125 24.275 2/ 4
16 Kipr 7.000 6.125 5.125 4.000 1.625 23.875 2/ 4
17 Çexiya 5.500 6.500 2.500 6.600 1.700 22.800 4/ 5
18 Türkiyə 6.800 5.500 5.000 3.100 2.300 22.700 5/ 5
19 Norveç 4.000 5.375 3.750 6.500 2.625 22.250 2/ 4
20 Yunanıstan 5.100 5.100 4.900 5.100 1.875 22.075 2/ 4
21 İsveç 5.375 4.125 5.750 2.500 3.375 21.125 3/ 4
22 Danimarka 5.250 4.875 5.125 4.125 1.400 20.775 4/ 5
23 İsrail 5.625 2.625 2.375 7.000 3.000 20.625 3/ 4
24 Bolqarıstan 4.000 4.000 4.125 4.000 2.125 18.250 2/ 4
25 Rumıniya 2.900 2.375 5.875 3.750 1.500 16.400 1/ 4
26 Macarıstan 1.625 3.250 4.500 4.250 2.250 15.875 1/ 4
27 Qazaxıstan 4.250 4.250 3.375 1.000 2.125 15.000 2/ 4
28 Polşa 2.875 2.250 2.125 4.000 3.375 14.625 2/ 4
29 Sloveniya 4.625 3.125 2.000 2.250 2.500 14.500 1/ 4
30 AZƏRBAYCAN 4.375 2.375 3.375 2.500 1.875 14.500 2/ 4
31 Slovakiya 1.875 5.125 3.000 1.500 2.500 14.000 2/ 4
32 Belarus 3.250 5.000 2.500 1.500 0.250 12.500 4
33 Litva 2.375 2.625 1.625 1.625 1.750 10.000 1/ 4
34 Bosniya H. 1.375 2.000 1.500 2.625 1.625 9.125 4
35 Lüksemburq 0.875 2.625 3.000 1.000 1.250 8.750 1/ 4
36 Latviya 0.750 1.625 2.250 1.375 2.625 8.625 1/ 4
37 Moldova 2.750 1.125 0.750 1.375 2.375 8.375 1/ 4
38 Kosovo 0.000 2.500 1.500 1.833 2.333 8.166 3
39 İrlandiya 1.125 1.000 1.250 1.875 2.875 8.125 1/ 4
40 Ş.İrlandiya 0.750 0.500 2.375 2.833 1.625 8.083 4
41 Albaniya 2.625 1.000 0.750 2.000 1.625 8.000 4
42 Finlandiya 1.250 0.875 1.625 1.375 2.625 7.750 2/ 4
43 Ermənistan 0.625 1.500 2.750 1.375 1.500 7.750 1/ 4
44 Farer adaları 0.750 1.125 1.125 2.750 1.500 7.250 3
45 Malta 1.375 1.500 0.750 1.500 1.875 7.000 4
46 Gürcüstan 0.125 1.625 2.250 1.750 1.250 7.000 4
47 Ş.Makedoniya 3.125 1.000 0.500 1.750 0.625 7.000 4
48 Lixtenşteyn 2.000 1.500 2.500 0.500 0.000 6.500 1
49 Uels 0.500 1.000 1.000 1.500 1.500 5.500 4
50 Estoniya 0.625 0.500 0.875 1.375 2.000 5.375 1/ 3
51 İslandiya 1.125 1.500 0.625 0.625 1.500 5.375 4
52 Cəbəllütariq 0.500 1.000 1.000 1.666 1.000 5.166 1/ 4
53 Monteneqro 1.125 0.375 1.000 1.625 0.750 4.875 4
54 Andorra 0.166 0.833 1.500 0.666 1.500 4.665 3
55 San-Marino 0.166 0.500 0.000 0.500 0.166 1.332 3