• 27 Yanvar 2022
logo
Lionel Messinin təqdimat mərasimi keçirilib

Lionel Messinin təqdimat mərasimi keçirilib

PSJ-nin yeni transferi Lionel Messinin təqdimat mərasimi keçirilib.
Mərasimdə Fransa klubunun prezidenti Nasser el-Xelaifi də iştirak edib.
Tədbir zamanı çıxış edən qətərli biznesmen dünya futbolu üçün tarixi bir gün olduğunu söyləyib: “Messi “Qızıl top” mükafatını 6 dəfə qazanan yeganə futbolçudur. Onu sizə təqdim etməkdən qürur duyuram və çox həyəcanlıyam. Azarkeşlərimiz onu izləməkdən həzz alacaqlar. Həm biz, həm də Messi bu keçidin baş tutmasına çalışdı. Klubumuz əla iş çıxardı. Messi PSJ-nin tarixi üçün önəmli transferdir”.
Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.