• 27 Yanvar 2022
logo
Lionel Messi PSJ ilə müqaviləni razılaşdırıb

Lionel Messi PSJ ilə müqaviləni razılaşdırıb

Lionel Messi PSJ ilə hərtərəfli anlaşıb.
Bu iddia ilə italiyalı jurnalist Fabritsio Romano çıxış edib.
Onun sözlərinə görə, “Barselona”dan ayrılan 34 yaşlı superulduz Paris təmsilçisi ilə 2+1 illik müqaviləni razılaşdırıb. Argentina millisinin kapitanının illik məvacibi 35 milyon avro təşkil edəcək. Futbolçunun yaxın saatlarda Parisə yollanması gözlənilir.
Qeyd edək ki, Messi “Barselona” ilə müqavilə müddəti bitdiyi üçün PSJ-yə azad agent kimi keçir.