• 3 İyul 2022
logo
Lionel Messi Parisə yollanıb

Lionel Messi Parisə yollanıb

“Barselona”dan yenicə ayrılan Lionel Messi Parisə yollanıb.
Argentinalı superulduzu aparan təyyarə bir qədər əvvəl hava limanına enib.
34 yaşlı futbolçunun qısa müddətdə tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir. Fransızlar bu transferi Eyfel qülləsindən açıqlayacaq. Messinin PSJ ilə 3 illik sözləşməyə qol çəkəcəyi və illik məvacibinin 40 milyon avro təşkil edəcəyi bildirilir. Klub azarkeşləri onu qarşılamaq üçün artıq bazanın ətrafına toplaşıb.
Qeyd edək ki, Messi azad agent statusu daşıdığından, keçidi PSJ-yə havayı başa gələcək.