• 5 İyul 2022
logo
Hacı Əliyev Tokio Olimpiadasında gümüş medal qazandı

Hacı Əliyev Tokio Olimpiadasında gümüş medal qazandı

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 65 kiloqram çəki dərəcəsində yaponiyalı güləşçi Takuto Otoquro ilə qarşılaşıb.

Trend-in məlumatına görə, Hacı Əliyev finalda məğlub olaraq gümüş medal qazanıb.

Xatırladaq ki, H.Əliyev 1/8 final mərhələsində seneqallı Adama Diattanı, 1/4 final mərhələsində isə qazaxıstanlı güləşçi Daulet Niyazbekovu, 1/2 finalda isə hindistanlı güləşçi Bacranq Bacranqu məğlub edib.