Təbrizin “Traxtur” klubunun yeni baş məşqçisinin adı bəlli olub.
Bu barədə İran mətbuatı məlumat yayıb. Yeni çalışdırıcı Toni Qolem xorvatiyalıdır.
O, 14 yanvar 1982 -ci ildə Xorvatiyanın Split şəhərində anadan olub. O, 2012 -ci ilə qədər Xorvatiya və Polşa futbolunun birinci liqa oyunlarında çıxış edib.
İdman Universitetinin məzunu olan T.Qolem 2017 -ci ildə UEFA tərəfindən dünyanın ən yüksək məşqçilik dərəcəsini alıb.
"Traxtur"un yeni baş məşqçisi bu klubla yekun razılığa gəlib və gələn həftənin sonunda Təbrizdə olacaq.
Gunaz.tv