• 5 İyul 2025
logo
Messinin yeni klubu: PSJ daha şanslı görünür

Messinin yeni klubu: PSJ daha şanslı görünür

Barselonadan ayrılan əfsanəvi futbolçun atası və meneceri Xorxe Messinin mesajı ilə hərəkətə keçən Fransız nəhəngi, transfer üçün qaynaq axtarır.
Xalqcəbhəsi.az Goal.com-a istinadən xəbər verir ki, dünya mətbuatı Lionel Messinin yeni komandasını səbirsizliklə gözləyir, amma ulduz futbolçunu transfer edəcək favorit komandanın PSJ olacağı daha çox ehtimal edilir.
İspaniyanın “Marca” nəşrinin yaydığı xəbərə görə, əfsanəvi oyunçunun atası Xorxe Messi dünən günortadan sonra PSJ rəsmiləri ilə əlaqə saxlayıb və Messini transfer etmək istəyib-istəmədiklərini soruşub.
Çelsi günün ikinci yarısında bu transferlə maraqlanmağa başlayıb. Yeni transferi Cek Qrilişə 10 nömrəli formanı həvalə edən Pep Qvardiolanın komandası Mançester Siti də Messinin transferi ilə bağlı vəziyyəti araşdıran klublar arasındadır. Messinin atasına müsbət cavab verən PSJ isə transfer üçün maliyyə resursları axtarışına çıxıb.
Messi ilə müqavilə bağlamağın yeganə yolunun imic hüquqlarından maksimum gəlir əldə etmək olduğunu bilən PSJ rəhbərliyinin Messiyə təklifində əfsanəvi oyunçunun bütün imic hüquqlarının Fransa komandasında olacağı yer alır. Amma bununla yanaşı PSJ-nin kəsiri 200 milyon avronu keçəcək. Fransa klubu Messinin transferi üçün bəzi oyunçuları satmaq haqqında düşünür.
Müqaviləsi gələn ilin yayında başa çatacaq Klian Mbappe -ni saxlamaq istəyən PSJ rəhbərliyi, Messinin transferi ilə yanaşı, Layvin Kurzava, Danilo, Mauro İkardi, Pablo Sarabia, Ander Herrera və hətta Anxel Di-Marianın satılmasını müzakirə edir. Messinin gəlişi bu isimlərin komandadan getməsi ilə nəticələnə bilər.