• 2 İyul 2022
logo
Tokio-2020: Azərbaycan güləşçisinin ilk rəqibi dəqiqləşib

Tokio-2020: Azərbaycan güləşçisinin ilk rəqibi dəqiqləşib

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının daha bir güləşçisinin ilk rəqibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, sərbəst güləşdə qüvvəsini sınayan Turan Bayramov yarışa 1/8 finaldan başlayacaq.
74 kq çəki dərəcəsində mübarizə aparacaq təmsilçimiz Ukrayna güləşçisi Vasil Mixaylovla qarşılaşacaq. Görüş avqustun 5-də keçiriləcək.
Qeyd edək ki, sərbəst güləşçilərin yarışları Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.