• 3 İyul 2022
logo
Tokio-2020: Rıza Kayaalp bürünc medal qazanıb

Tokio-2020: Rıza Kayaalp bürünc medal qazanıb

Türkiyə güləş yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.
Yunan-Roma güləşçisi Rıza Kayaalp 130 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib.
9 dəfə Avropa, 4 dəfə dünya çempionu olan, həmçinin 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarını qazanan məşhur türkiyəli pəhləvan bürünc medal uğrunda görüşdə iranlı Amin Mirzəzadəni 7:2 hesabı ilə məğlub edib.
Bu çəkinin qalibi kubalı Mixain Lopes olub. O, finalda Gürcüstan təmsilçisi Yakobi Kajaya üzərində 5:0 hesabı ilə qalib gələrək, ardıcıl 4-cü dəfə Olimpiya çempionluğunu qazanıb.
Qeyd edək ki, Türkiyə yığması Tokio-2020-də hələlik 1 qızıl, 4 bürünc medal qazanıb.