• 2 İyul 2025
logo
Azərbaycan voleybolçuları Macarıstanda beynəlxalq turnirə qatılacaq

Azərbaycan voleybolçuları Macarıstanda beynəlxalq turnirə qatılacaq

Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə gücünü yoxlayacaq.
Yunanıstanda təlim-məşq toplanışını başa vuran yığmamız “Savaria” adlı yarışın oyunlarını 2 gün əvvəl yollandığı Macarıstanda keçirəcək.
Turnirdə Vüqar Əliyevin baş məşqçisi olduğu komandamızla yanaşı, ev sahibləri, Niderland və Çexiya milliləri mübarizə aparacaq. Dairəvi sistemlə təşkil olunacaq yarış avqustun 5-7-də olacaq. İlk gündə Macarıstanla qüvvəsini sınayacaq voleybolçularımız ertəsi gün Niderlandı sınağa çəkəcək. Avqustun 7-də isə rəqib Çexiya olacaq.
Qeyd edək ki, Yunanıstanda yerli yığma ilə 3 görüş keçirən komandamız yalnız birində qələbəyə sevinib.